Texas bütün dövlət sərhədi boyunca tikanlı məftilli hasarları bərpa etməyi planlaşdırır
Texas hakimiyyəti qanunsuz miqrantlarla mübarizə üçün Meksika ilə bütün dövlət sərhədi boyunca tikanlı məftilli hasarları bərpa etmək niyyətindədir.
Bu barədə Texas ştatının leytenant qubernatoru Den Patrik "Fox News"a müsahibəsində bildirib.
"Biz bütün sərhəd boyunca məftil çəkmək niyyətindəyik" - deyə o qeyd edib.
Patrikin sözlərinə görə, əvvəllər tikanlı məftillər tikildikdən sonra qeyri-qanuni mühacirlərin dövlət sərhədini keçmək nisbəti kəskin şəkildə azalıb.
"Fox News" bundan əvvəl xəbər verib ki, ABŞ Ali Məhkəməsi qeyri-qanuni mühacir axını ilə mübarizə aparmaq üçün Texasda ABŞ-Meksika sərhədində quraşdırılmış təqribən 30 mil (48 km) məftil hasarının sökülməsinə qərar verib.