Meksika prezidenti: Texas Qubernatorunun miqrantlara maneə tətbiqi qeyri-insanidir
Meksika prezidenti Andres Manuel Lopez Obrador Texas qubernatoru Qreq Abbottun ABŞ-Meksika sərhəddində Rio Qrande çayında üzən maneə qurmasını miqrantların keçidinin qarşısını almaq üçün “qeyri-insani” adlandırıb.
CNN-in xəbərinə görə, Rio Qrande çayında baryer qurulduqdan sonra çayda cansız cəsədlərin tapılması ilə bağlı mətbuata açıqlama verən Obrador, "Heç kəs belə rəftara məruz qalmamalıdır" - deyə bildirib.
"Yaxşı insanlar belə davranmazlar" deyən Obrador Abbotu qeyri-insani fəaliyyətlərini dayandırmağa çağırıb.
"Baryerlər Meksikanın suverenliyini və insan haqlarını pozur. Bu maneələrin aradan qaldırılması üçün tələblərimizi davam etdiririk" - deyə o qeyd edib.
Meksikanın xarici işlər naziri Alicia Barcena İbarra ölkəsinin çaydakı maneələrlə bağlı ABŞ-a ikinci diplomatik nota göndərdiyini bildirib.
Baryerlərin Meksika ilə ABŞ arasında iki fərqli atəşkəsi pozduğunu iddia edən İbarra, 305 metr uzunluğundakı pontonların bəzilərinin Meksika sərhədləri daxilində olduğunu qeyd edib.
ABŞ-ın Texas ştatında Meksika ilə sərhədi təşkil edən Rio Qrande çayı üzərində tikilmiş nəhəng şamandıra baryerinin yanında iki cəsəd tapılıb.
Texas qubernatoru Qreq Abbottun iyul ayında qeyri-qanuni miqrantların çayı keçməsinin qarşısını almaq üçün Rio Qrande çayına quraşdırdığı nəhəng üzən şamandıra baryeri ölkədə mübahisələrə səbəb olub.