"Paramount" "Warner Bros. Discovery"ni alaraq media nəhəngi yaratdı
Paramount Warner Bros. Discovery şirkətinin alınması ilə bağlı sövdələşməni tamamlayıb.
AFN.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Birləşmə nəticəsində “Skydance” adlı yeni media şirkəti yaradılıb. Şirkət striminq bazarında “Netflix” və “YouTube”un əsas rəqiblərindən birinə çevrilib, lakin miqyas baxımından “Disney” və “Amazon” kimi nəhənglərdən geri qalır.
Sövdələşmə bir neçə ay davam edən rəqabətdən sonra baş tutub. Warner Bros. Discovery-ni almaq uğrunda mübarizədə “Netflix” də iştirak edib və David Ellison şirkəti əldə etmək üçün doqquz təklif irəli sürüb.
Sövdələşmənin qarşısını almaq üçün bir qrup ştat prokurorunun antiinhisar əsasları ilə qaldırdığı məhkəmə iddiası da olub. Tərəflər bir sıra güzəştlərdən sonra mübahisəni həll ediblər. Razılaşmaya əsasən, CNN-də redaksiya müstəqilliyini qorumaq üçün xüsusi şura yaradılıb.
Ellison həmçinin növbəti beş il ərzində filmlərə əlavə 1,5 milyard dollar investisiya yatıracağına söz verib. “Skydance” isə birləşmənin iri texnologiya şirkətlərinə qarşı rəqabət aparmaq üçün zəruri olduğunu bildirib.
