Hindistanın əks-kəşfiyyatı Pakistanın casus şəbəkəsini aşkarlayıb


Hindistanın əks-kəşfiyyat xidməti Pakistanla əlaqəli olduğu bildirilən casus şəbəkəsinə qarşı əməliyyat keçirib və iki nəfəri həbs edib.

AFN.az xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.

Məlumata görə, Hindistan Hərbi Dəniz Qüvvələrinin Vişaxapatnam şəhərindəki bazasında iki nəfər saxlanılıb. Onların Pakistan tərəfinə şifrələnmiş rabitə kanalları vasitəsilə Hindistanın strateji əhəmiyyətli müdafiə obyektləri barədə məxfi məlumat ötürdüyü bildirilir.

Həbs olunanların Hindistanda daha əvvəl keçirilmiş əks-kəşfiyyat əməliyyatı zamanı aşkarlanan casus şəbəkəsinin üzvləri olduğu qeyd edilir. Şəbəkəyə ümumilikdə 18 nəfərin, o cümlədən Hindistan Hərbi Dəniz Qüvvələrinin 13 əməkdaşının daxil olduğu bildirilir.

“Hindustan Times”ın məlumatına görə, əməliyyat Hindistanın 10 ştatı və ittifaq ərazisində həyata keçirilib. İstintaq davam edir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu