Pentaqon Ukraynanın “Patriot” sistemlərinin texniki xidmətinə dair müqavilə hazırlayır


Pentaqon Ukraynanın istifadəsində olan “Patriot” hava hücumundan müdafiə sistemlərinə texniki xidmət göstərilməsi üçün “Raytheon” şirkəti ilə müqavilə bağlamağı planlaşdırır.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin planlaşdırılan satınalmalarla bağlı açıqladığı sənədə istinadən məlumat yayılıb.

Sənədə əsasən, Pentaqonun maddi-texniki təminat strukturu Ukraynadakı “Patriot” sistemlərinin döyüşə hazırlığının təmin edilməsi üçün texniki işlərin görülməsi və ehtiyat hissələrinin çatdırılması üzrə podratçı axtarır.

Bildirilir ki, hazırda müqavilənin “Raytheon”la bağlanması planlaşdırılır. Pentaqonun mütəxəssislərinin qənaətinə görə, hazırda bu işi yerinə yetirmək imkanına malik olan yeganə şirkət “Raytheon”dur.

Sənəddə müqavilənin dəyəri və Ukraynadakı “Patriot” sistemlərinin yerləşdiyi ərazilər barədə məlumat verilməyib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu