Bakıda 24 yaşlı qadın öldürüldü: əri saxlanıldı


Bakıda qətl törədilib.

AFN.az-ın xəbərinə görə, Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən mənzildə 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib.

Ötən gecə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən F.Rəhmanzadənin həyat yoldaşı 1986-cı il təvəllüdlü Museyib Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu