Tramp Rusiyadakı epidemiya ilə bağlı Putinlə görüşəcək



ABŞ Prezidenti Donald Tramp Rusiyadakı epidemiya ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə çox yaxın zamanda görüşəcəyini bildirib.

AFN.az xəbər verir ki, ABŞ Prezidenti Tramp Baltimor şəhərində keçirilən tədbirdən sonra Ağ Evə qayıdarkən jurnalistlərin suallarını cavablandırıb.

Trampdan Rusiyadakı epidemiya ilə bağlı Rusiya Prezidenti Putinlə danışıb-danışmadığı soruşulub. O, bununla bağlı telefon danışığının planlaşdırıldığını və çox yaxın zamanda görüşəcəklərini bildirib.

ABŞ kəşfiyyat qurumlarının epidemiya ilə bağlı qiymətləndirməsinin necə olduğu barədə suala cavabında Tramp məsələni indiyədək yaxından izlədiklərini və ehtimal ki, bununla bağlı sabah hesabat açıqlayacaqlarını deyib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu