Tramp Putinlə görüşün şərtini açıqladı


ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istədiyini, lakin bunu Ukraynadakı müharibənin başa çatmasına yaxın keçirməyə üstünlük verdiyini açıqlayıb.

AFN.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Tramp bildirib ki, Putinlə görüşü keçirmək mümkün olsa da, bunun üçün sülh razılaşmasının əldə olunmasına yaxın bir mərhələni gözləmək daha məqsədəuyğundur.

“Biz sülh razılaşması əldə etməyə hazır olduğumuz zaman bunu etmək istəyirəm”, - deyə Tramp jurnalistlərə bildirib.

ABŞ Prezidenti Rusiya və Ukrayna ilə yaxşı münasibətlər qurmaq istədiklərini və bunun biznes baxımından da faydalı olacağını qeyd edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu