Tramp Səudiyyə Ərəbistanında Putinlə görüşün planlaşdırılmadığını bildirib

ABŞ prezidenti Donald Tramp mayın ortalarında Səudiyyə Ərəbistanında onunla Rusiya prezidenti Vladimir Putin arasında heç bir görüşün planlaşdırılmadığını, lakin tərəflərin “çox yaxşı” danışıqlar apardığını bildirib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərə açıqlama verib. Səudiyyə Ərəbistanında Putinlə görüşünün olub-olmayacağı ilə bağlı suala cavabında o deyib: "Mən belə düşünmürəm. Amma biz çox yaxşı söhbətlər aparırıq. Münasibətlər çox yaxşıdır", - ABŞ prezidenti ətraflı məlumat vermədən cavab verib.
Qeyd edək ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Putinin Yaxın Şərqə mayın ortalarına planlaşdırılan səfərinin olmadığını deyib.