Şimali Koreyanın BMT-dəki missiyasının səsli mesaj sistemi sındırılıb – istehzalı mesaj yayılıb



Şimali Koreyanın BMT-dəki Daimi Nümayəndəliyinin telefon xəttinin səsli mesaj xidmətinin sındırıldığı məlum olub. Manhettendəki ofisin səsli cavab sisteminə yazılan gizli və istehzalı mesaj ölkə lideri Kim Çen Ina və xroniki ərzaq böhranına yönəlib.

AFN.az xəbər verir ki, BMT üzvlərinin kataloqunda yer alan və Şimali Koreya hökuməti ilə əlaqə saxlamağın nadir yollarından biri olan bu xətt ABŞ ərazisindəki yeganə diplomatik nümayəndəlikdir.

CNN-in sentyabrın sonlarında nümayəndəliklə əlaqə saxlamağa çalışarkən aşkar etdiyi hadisə zamanı zəng edənlərin yüksək səslə və Şərqi Asiya ləhcəsini təqlid edən istehzalı monoloqla qarşılaşdığı müəyyənləşib.

Mesajda Şimali Koreyada xroniki ərzaq çatışmazlığı ələ salınır, Kim Çen Ina çatmaq istəyən şəxslərin mesaj buraxa biləcəyi və bəlkə də yaxın zamanda kiminsə qarnının doyacağı bildirilir.

Bundan sonra avtomatik səs poçt qutusunun dolu olduğunu bildirir.

CNN müxbiri Nyu-Yorkdakı ofisin qapısını döyərək məsələ ilə bağlı sual verdikdə bayıra çıxan kişi əməkdaş sualları cavablandırmaqdan imtina edib.

Müxbirin telefonla zəng edərək səsli mesajı dinlətdiyi zaman şoka düşdüyü görünən əməkdaş bunun onların nömrəsi olmadığını deyərək qapını bağlayıb.

Ekspertlər dörd rəqəmli standart şifrələrin dəyişdirilməməsi və ya avtomatik zəng xidmətləri vasitəsilə bu PIN kodlarının asanlıqla təxmin edilməsi səbəbindən kibercinayətkarların səsli mesaj sisteminə rahatlıqla daxil ola bildiklərini bildirirlər.

Ekspertlər iki ölkə arasında diplomatik münasibətlərin qopma həddində olması səbəbindən Nyu-York kanalının artıq demək olar ki, funksiyasını itirdiyinə diqqət çəkirlər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu