Votsapp-a süni zəka dəstəyi: Yazı köməkçisi istifadəyə verildi


Votsapp istifadəçilərə mesajlarını fərqli üslublarda sürətli şəkildə yenidən yazmağa imkan verən “Writing Help” (yazı köməyi) funksiyasını istifadəyə verib. 29 avqust 2025-ci il tarixində elan edilən xüsusiyyət Meta AI infrastrukturundan istifadə edir.

İstifadəçilər fərdi və ya qrup söhbətlərində yeni qələm işarəsinə toxunaraq yazı köməkçisi funksiyasını aktiv edə bilərlər.

Tətbiq seçilən üsluba görə (peşəkar, gündəlik, zarafatcı və s.) yenidən yazım təklifləri təqdim edir.

Məxfilik ön planda
Votsapp bildirir ki, funksiya Private Processing texnologiyası ilə hazırlanıb və həm orijinal mesajlar, həm də süni zəka təklifləri Meta və ya Votsapp tərəfindən yoxlanılmır.

Xüsusiyyət varsayılan olaraq deaktiv vəziyyətdə gəlir və istəyən istifadəçilər tərəfindən aktivləşdirilir.

Tədrici yayılma
Yazı köməyi hazırda ABŞ-da ingilis dilində istifadəyə verilib. Votsapp il ərzində əlavə dil və bazar dəstəklərinin tədricən tətbiq ediləcəyini və funksiyanın dünya üzrə milyonlarla istifadəçiyə çatacağını açıqlayıb.

Digər yeniliklər
Tətbiq qısa müddət əvvəl cavabsız zənglərdə qısa səsli mesaj göndərməyə imkan verən funksiyanı da sınaqdan keçirir. Bu xüsusiyyətlə istifadəçilər cavabsız zənglərdən sonra ekrandakı “səsli mesaj yaz” qısayolundan istifadə edərək sürətlə qeyd buraxa bilirlər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu