"Instagram" gizlilik texnologiyasını bağladı: Bu, şəxsi mesajlar üçün nə deməkdir?
Sosial media nəhəngi "Meta" "Instagram" platformasında başdan-başa şifrələmə (E2EE) funksiyasını qlobal miqyasda dayandırmaq qərarına gəlib.
AFN.az xəbər verir ki, 8 may 2026-cı il tarixindən etibarən qüvvəyə minən bu dəyişikliklə birlikdə "Instagram" istifadəçiləri artıq mesajlarını ultra təhlükəsiz üsullarla göndərə bilməyəcəklər.
Bu addım "Meta"nın illərdir müdafiə etdiyi gələcək məxfilik vizyonundan böyük bir geri dönüş kimi qiymətləndirilir.
Ucdan-uca şifrələmənin ləğvi "Instagram" mesajlarının təhlükəsizliyində köklü bir dəyişiklik mənasına gəlir.
Yeni dövrdə mesaj qutularında baş verəcək əsas dəyişikliklər bunlardır:
"Meta" artıq birbaşa mesajlardakı (DM) mətnlərə, şəkillərə, videolara və səsli qeydlərə daxil olmaq səlahiyyətinə malik olacaq.
"Instagram" artıq "Gmail" kimi xidmətlərin istifadə etdiyi standart şifrələmə sisteminə keçib ki, bu sistemdə hüquqi zərurət və ya ehtiyac yarandıqda xidmət təminatçısı mesaj məzmununa baxa bilir.
Şifrəli söhbətləri olan istifadəçilərə isə bu görüşlərdəki media və mesajları itirməmələri üçün məlumatlarını yükləmək seçimi təklif olunur.
"Meta" bu qərarı sözügedən funksiyadan istifadə edən şəxslərin sayının az olması ilə əsaslandırıb.
Lakin kiber-təhlükəsizlik mütəxəssisləri bu geri addımın arxasında "Meta"nın süni intellekt modellərini öyrətmək istəyi və ya reklam hədəfləmələri üçün daha çox məlumata ehtiyac duyması kimi mürəkkəb səbəblərin dayandığını qeyd edirlər.
Qərar cəmiyyətin müxtəlif təbəqələrində fərqli reaksiyalar doğurub.
Uşaq istismarı ilə mübarizə aparan dərnəklər şifrələmənin cinayətkarların gizlənməsinə şərait yaratdığını bildirərək qərarı müsbət qarşılasalar da, məxfilik hüquqlarını müdafiə edən qeyri-hökumət təşkilatları bunu böyük geri çəkilmə adlandırıblar.
"Instagram"ın bu addımı sektordakı şifrələmə meyillərini də müzakirəyə çıxarıb.
"WhatsApp", "Signal" və "iMessage" kimi tətbiqlərdə ucdan-uca şifrələmə hələ də standart funksiya kimi qorunsa da, "TikTok" və "Instagram"ın bu texnologiyadan uzaqlaşması sosial media platformaları ilə mesajlaşma tətbiqləri arasındakı fərqin böyüməsinə səbəb olur.
