NATO müttəfiqləri Ukraynaya 1 milyon PUA göndərməyi hədəfləyir


NATO müttəfiqləri Ukraynaya 1 milyon pilotsuz uçuş aparatı göndərməyə razılaşıblar.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib. Stoltenberq NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirilən müdafiə nazirləri və NATO-Ukrayna Şurası iclaslarından sonra mətbuata açıqlama verib.

"Bir qrup müttəfiq Ukraynaya 1 milyon pilotsuz uçuş aparatı (PUA) çatdırmaq məqsədi ilə bir araya gəlir. NATO-nun 20 müttəfiqi də minalardan təmizləmə koalisiyası yaratmaq qərarına gəlib", - deyə baş katib bildirib.

Stoltenberq Türkiyə, Bolqarıstan və Rumıniyanın Qara dənizdə birgə minalardan təmizləmə fəaliyyətindən məmnunluğunu ifadə edib və bu səylərin Ukraynaya öz ərazi sularından istifadə etmək, Rusiyaya qarşı dənizdə uğur qazanmaq və taxılını ixrac etmək imkanı verdiyini bildirib.

Baş katib Polşada yeni NATO-Ukrayna müştərək təhlil və təlim mərkəzinin yaradılmasına qərar verildiyini də açıqlayıb və əlavə edib ki, bu strukturun məqsədi müttəfiqlərin təcrübələri və dərsləri mübadiləsi yolu ilə Ukrayna ordusuna təcrübə verməkdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu