İran və Oman Hormüz boğazı üzrə razılaşdı


Tehran və Məsqət Hörmüz boğazında gəmiçiliyin bərpasına dair sazişin əsas parametrləri üzrə qarşılıqlı anlaşma əldə ediblər.

AFN.az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı yüksəksəviyyəli mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, saziş barədə yaxın günlərdə elan oluna bilər, lakin sənəd hələ İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməlidir. Təklif olunan 60 günlük razılaşma mövcud dalana dirənmiş vəziyyətdən çıxmağa və texniki danışıqlara başlamağa yönəlib.

Telekanalın mənbəsi bildirib ki, təşəbbüs gəmilərdən tranzit rüsumlarının tutulmasını nəzərdə tutmur. Plana əsasən, boğaza daxil olan gəmilər İrana daha yaxın olan dəhlizdən, çıxan gəmilər isə Oman tərəfindəki marşrutdan istifadə edəcəklər. Minalardan təmizləmə və digər zəruri texniki prosedurlara region dövlətlərinin cəlb olunması gözlənilir. Saziş təsdiqləndikdən sonra tərəflər qarşılıqlı anlaşma memorandumuna qayıdacaq və onun beşinci maddəsini işə salacaqlar.

Həmçinin qeyd olunur ki, böhranın tənzimlənməsi üzrə İran və ABŞ arasında aparılan vasitəli məsləhətləşmələr artıq yekun mərhələyə qədəm qoyub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu