ABŞ və İran arasında keçiriləcək danışıqların əsas mövzusu bəlli olub


ABŞ Prezidenti Donald Trampın İran nümayəndələri ilə elan etdiyi danışıqlarda əsas diqqət Hörmüz boğazından tamqiymətli gəmiçiliyin bərpasına və ABŞ-nin İran limanlarına qoyduğu blokadanın aradan qaldırılmasına yönələcək.

AFN.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi danışıqlarda vasitəçi kimi çıxış edən Yaxın Şərq ölkəsindəki diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, müzakirələrin digər mühüm mövzuları regionda bütün zərbələrin, o cümlədən İraqdakı yönümlü silahlı qruplaşmaların hücumlarının dayandırılması və İran neftinin maneəsiz ixracının bərpası olacaq. Vasitəçi dövlətlər yaxın günlərdə Vaşinqton və Tehranla təmasları intensivləşdirməyi planlaşdırır. Qeyd olunur ki, bu mərhələdə söhbət iyunun 18-də ABŞ və İran arasında imzalanmış anlaşma memorandumunun əsas müddəalarına qayıdışdan gedə bilər.

Donald Tramp ABŞ və İranın avqustun 3-də sülh sazişi üzrə danışıqlara başlayacağını bəyan edib. O, "Truth Social" şəbəkəsindəki hesabında Tehranla razılaşmaya nail olmaq naminə ölkəyə planlaşdırılan kütləvi zərbəni ləğv etməyə razılaşdığını bildirib. Prezident əlavə edib ki, müqavilə Hörmüz boğazının dərhal açılmasını və İran nüvə təhdidinin ləğvini əhatə etməldir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu