Amerikalı fəal İlon Maskdan uşaq dünyaya gətirdiyini açıqlayıb


Amerikalı iş adamı və Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask 13-cü dəfə ata olub.


"Super" portalı xəbər verir ki, bunu 26 yaşlı amerikalı mühafizəkar fəal və yazıçı Eşli Sent Kler deyib.

Qadın X sosial şəbəkəsində Maskın övladını dünyaya gətirdiyini paylaşıb. Uşaq artıq beş aylıqdır. Fəal yeni doğulan uşağı lazımsız diqqətdən qorumaq üçün əvvəllər bu barədə danışmaq istəməyib. O, uşağın sağ-salamat böyüməsi üçün əlindən gələni edəcəyini qeyd edib və jurnalistlərdən onun şəxsi həyatına hörmət etməyi xahiş edib.

Elon Mask hələ bu xəbərə reaksiya verməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu