Tramp: Maskın partiyası bizə fayda verəcək

İlon Maskın yeni siyasi partiya yaratması bizim üçün faydalı olacaq.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Düşünürəm ki, bu bizə xeyir verəcək. Yəqin ki, elə də olacaq — üçüncü partiyaların yaradılması həmişə mənim xeyrimə işləyib”, – deyə o, Ağ Evdə keçirilən prezident kabinetinin iclasında bu mövzuda verilən suala cavab olaraq bildirib.
Dünyanın ən varlı insanı olan İlon Mask bu yaxınlara qədər ABŞ hökumətinin iş effektivliyini artırmaq üzrə idarənin (DOGE) koordinatoru idi və xüsusi statuslu dövlət qulluqçusu kimi ictimai əsaslarla çalışırdı. O, əslində Trampın ən yaxın çevrəsinə daxil idi.