"Reuters": Avropa planı Ukraynanın NATO-ya qəbulunu nəzərdə tutur


Almaniya, Fransa və Böyük Britaniya tərəfindən hazırlanan “cavab” sülh planı Ukraynanın NATO-ya üzvlüyünü və ölkədə NATO qoşunlarının milli komanda altında yerləşdirilməsini nəzərdə tutur. Əvəzində isə Rusiyaya “təhlükəsizlik üzrə dialoqun bərpası” təklif olunur.

AFN.az xəbər verir ki, üç ölkənin layihəsi Reuters tərəfindən yayımlanıb.

Sənədə əsasən, Ukraynanın NATO-ya üzvlüyü alyans ölkələrinin konsensusundan asılıdır, bu konsensus hələ mövcud deyil. Bundan əlavə, NATO sülh dövründə öz komandasına tabe olan qoşunları Ukraynada daimi yerləşdirməyəcək. Eyni zamanda NATO təyyarələrinin Polşada yerləşdirilməsi ayrıca maddə ilə vurğulanır.

Rusiyaya isə plan çərçivəsində sülh sazişi imzalandıqdan sonra NATO ilə dialoq təklif edilir. Məqsəd təhlükəsizliklə bağlı bütün narahatlıqları aradan qaldırmaq və deeskalasiya mühiti yaratmaqdır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu