Mingəçevirdə küçədə 43 yaşlı kişinin meyiti aşkarlanıb


Mingəçevir şəhərində küçədə üzərində zorakılıq əlamətləri olan kişi meyiti tapılıb.


Hadisə şəhərin Koroğlu küçəsi, 42 ünvanında qeydə alınıb.

Meyitin şəhər sakini, 1980-ci il təvəllüdlü Həsənov Zaur Ağəli oğluna aid olduğu məlum olub.

Onun döyülərək qətlə yetirildiyi ehtimal edilir.

Meyit müayinə olunması üçün məhkəmə-tibbi ekspertizaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu