Banqladeşdə bu il qızılca şübhəsi ilə ölən uşaqların sayı 999-a çatıb



Banqladeşdə mart ayının ortalarından bəri davam edən epidemiyada qızılca şübhəsi ilə həyatını itirən uşaqların sayının 999-a yüksəldiyi bildirilib. 

AFN.az xəbər verir ki, Banqladeş Səhiyyə Nazirliyinə bağlı Səhiyyə Xidmətləri Baş İdarəsi ölkədə təsirli olan qızılca epidemiyası ilə bağlı açıqlama yayıb.

Məlumata görə, ölkədə ilin əvvəlindən bu yana qızılca şübhəsi ilə həyatını itirən uşaqların sayı dünən etibarilə 999-a yüksəlib.

Son bir ayda 100-dən çox uşağın xəstəlik səbəbilə həyatını itirdiyi ölkədə mart ayından bu yana 166 mindən çox şübhəli qızılca hadisəsi qeydə alınıb.

Ölkədə mart ayında başlanan təcili peyvənd kampaniyasının ilk mərhələsində 6 aylıqdan 5 yaşa qədər olan uşaqlara üstünlük verilib, peyvəndləmə prosesi daha sonra mərhələli şəkildə ölkə üzrə genişləndirilib.

Sətəlcəm və ensefalopatiyaya səbəb ola bilən qızılca dünya üzrə peyvəndlə qarşısı alına bilən ölümlərin əsas səbəblərindən biri kimi önə çıxır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu