Sudanda vəba epidemiyasında ölənlərin sayı 242-yə yüksəlib


Sudan Səhiyyə Nazirliyi vəba epidemiyası nəticəsində həyatını itirənlərin sayının 242-yə yüksəldiyini açıqlayıb.



Nazirlikdən verilən açıqlamada, 18 əyalətdən 8-də yayılan vəba epidemiyasına yoluxma sayının 6 min 968-ə çatdığı bildirilib.

Açıqlamada ölkədə iyun ayından etibarən təsirli olan və vəba xəstəliyinin yayılmasına səbəb olan yağış və daşqınlar nəticəsində həyatını itirənlərin sayının 212-yə yüksəldiyi bildirilib.

Qeyd edilib ki, 11 əyalətdə yağış və daşqınlardan zərər çəkənlərin sayı 250 min 111-ə yüksəlib.

İyun ayından etibarən ölkədə təsirli olan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub. Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.

Müharibənin davam etdiyi, səhiyyə sisteminin effektiv işləmədiyi ölkədə epidemik xəstəliklərin yayılması insanların həyatını daha da çətinləşdirir.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu