Nigeriyada vəba epidemiyası can almaqda davam edir


Nigeriyanın ən sıx məskunlaşdığı əyalətlərindən biri olan Laqosda vəba epidemiyası can almaqda davam edir. Şəhərdə epidemiya nəticəsində həyatını itirənlərin sayı 21-ə yüksəlib.



Laqos əyalət qubernatorluğunun sağlamlıq üzrə xüsusi müşaviri Kemi Ogunyemi verdiyi açıqlamada vəba epidemiyasının əyalətdə can almaqda davam etdiyini bildirib.

Əyalətdə vəba epidemiyasına yoluxanların sayının 401-ə çatdığını bildirən Ogunyemi, Qurban bayramından sonra yoluxmaların artdığını, epidemiya nəticəsində həyatını itirənlərin sayının isə 21-ə yüksəldiyini qeyd edib.

Digər tərəfdən Laqosda artan vəba epidemiyası səbəbilə qonşu Ogun əyalətində bəzi məktəblərdə qırmızı həyəcan siqnalı verilib.

Laqos əyalət hökuməti iyunun 13-də əyalətdə 60 vəba xəstəliyinin qeydə alındığını və epidemiya səbəbiylə 5 nəfərin öldüyünü açıqlayıb.

Qeyd edək ki, keçən il Nigeriyada 3 mindən çox insan vəbaya yoluxub, 100-dən çox insan isə ölüb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu