Zimbabvedə vəba epidemiyasına görə 55 nəfər xəstəxanaya yerləşdirilib


Zimbabvedə vəba olduğu təsbit edilən 55 nəfərin xəstəxanaya yerləşdirildiyi açıqlanıb.



Zimbabve Səhiyyə Nazirliyindən verilən açıqlamada vəba epidemiyası səbəbiylə çox sayda insanın müalicə olunduğu paylaşılıb.

Açıqlamada ölkə daxilində vəba aşkarlandıqdan sonra 55 nəfərin müalicə üçün xəstəxanalara yerləşdirildiyi açıqlanıb.

Açıqlamada Qutu, Buhera, Bikita, Çipinqe, Çiredzi və Mutare bölgələrində vəba epidemiyasının yayıldığı qeyd edilib və bu bölgələrdə sağlamlıq tədbirlərinin görüldüyü vurğulanıb.

“Vibrio” bakteriyasının törətdiyi və qida və su ilə yoluxan vəba ishala və orqanizmdə susuzluğa səbəb olur.

Xəstəlik müalicə olunmazsa ölümcül ola bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu