Nigeriyada vəba epidemiyası can almaqda davam edir


Nigeriyada vəba epidemiyasından ölənlərin sayı 156-ya yüksəlib.



Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) tərəfindən verilən açıqlamada 15-21 iyul tarixləri arasında ölkədə 170 vəba yoluxmasının qeydə alındığı və epidemiyada 3 nəfərin öldüyü bildirilib.

Açıqlamada yanvar ayından bu yana ölkədə 4 min 809 vəba yoluxmasının qeydə alındığı və epidemiya səbəbindən həyatını itirənlərin sayının 156-ya yüksəldiyi bildirilib.

Bildirilib ki, vəba ilə mübarizə çərçivəsində tibbi ləvazimatlar xəstəliyə qarşı mübarizə, infeksiyanın qarşısının alınması və nəzarət üçün ölkə daxilindəki bütün sağlamlıq mərkəzlərinə göndərilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu