ÜST və UNICEF: Avropada qızılcaya yoluxmalar artmaqdadır


ÜST və UNICEF Avropada qızılcaya yoluxma hallarının artmaqda davam etdiyi və bu il qeydə alınan qızılca yoluxması sayının 2023-cü ildə elan edilən 300 min yoluxmanın ümumi sayını tezliklə keçəcəyi barədə xəbərdarlıq edib.



Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF-in birgə verdiyi açıqlamada, “Əldə olan son məlumatlara görə, 2024-cü ilin ilk üç ayında ÜST-nin Avropa Regionunda yerləşən 53 ölkədən 45-də rəsmi olaraq 56 min 634 qızılca yoluxması və 4 ölüm halı qeydə alınıb. 2023-cü il ərzində 41 ölkədən 61 min 70 yluxma və 13 ölüm halı qeydə alınıb” qeyd edilib.

Qızılca xəstəliyinin ciddi əlamətlərinin uşaqlarda tez-tez görüldüyünə diqqət çəkən hesabatda deyilir: “Qızılcanın uşaqların sağlamlığına dağıdıcı təsiri var. Ciddi ağırlaşma riski ən çox körpə uşaqlarda olur. Xəstəxanaya yerləşdirmənin yüksək göstəriciləri və uşaqların immun sistemlərinin uzun müddət zəifləməsi onları digər yoluxucu xəstəliklərə qarşı daha həssas edir".

2023-cü ildə bildirilən halların təxminən yarısı beş yaşa qədər uşaqlar arasında baş verib.

Hesabatda qızılcaya yoluxma hallarının dünya miqyasında artdığı vurğulanıb və 2024-cü ildə indiyə qədər açıqlanan rəqəmlərin, il üçün cəminin 2023-cü ildəki cəmi ilə uyğunlaşacağını və ya ondan çox olacağını göstərdiyi bildirilib. Ümumilikdə qızılca xəstəliyində peyvənd olunmamağın böyük risk daşıdığını vurğulanıb. Virusun peyvənd olunmamış və ya qeyri-kafi peyvənd olunmuş insanların olduğu yerlərdə yoluxucu xəstəliyə səbəb olacağı qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu