ÜST: Yəməndə 7 ayda qızılcadan 413 ölüm qeydə alınıb


Ümumdünya Səhiyyə Təşkilatı Yəməndə qızılcadan 7 ayda 413 nəfərin öldüyünü açıqlayıb.


Qurumun açıqlamasında Yəməndə uşaqlarda qızılca və məxmərək xəstəliyinin artması ilə bağlı narahatlıqların olduğu bildirilib.

Qeyd edilib ki ilin, əvvəlindən iyulun sonuna qədər 34 min 300 qızılca və məxmərək xəstəliyinin aşkar edilib və bu müddət ərzində 413 ölüm halının qeydə alınıb.

Ötən il eyni səbəbdən 27 min hadisənin və 220 ölüm halının qeydə alındığına diqqət çəkən açıqlamada qızılcaya yoluxma hallarının artmasının və insan itkisinin iqtisadi vəziyyətin pisləşməsi, gəlirlərin azalması kimi səbəblərdən qaynaqlandığı bildirilib.

Vətəndaş müharibəsi və onun fəsadları səbəbindən Yəməndə səhiyyə sektorunda ciddi tibbi avadanlıq çatışmazlığı var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu