Qızılcadan ölüm halları bir ildə 40 faiz artıb - HESABAT


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) yeni hesabatına əsasən, qızılcaya yoluxma halları və ölüm halları 2021-2022-ci illər arasında kəskin şəkildə artıb.


CDC-nin həftəlik hesabatının bir hissəsi olaraq 17 noyabrda dərc edilən araşdırma, həmin tarixlərdə qızılcaya yoluxma hallarının təxmin edilən sayında 18 faiz artım olduğunu ortaya qoyub.

Bu statistika yoluxmaların sayının 2021-ci ildəki 7,8 milyondan bir il ərzində 9,2 milyona yüksəlməsi deməkdir.

Həmçinin qızılcadan ölənlərin sayının 43 faiz artdığı bildirilib. Beləliklə, ölənlərin sayı 95 mindən 136 minə yüksəlib.

Tədqiqatda "böyük və ya dağıdıcı qızılca epidemiyaları" barədə məlumat verən ölkələrin sayı da nəzərə alınıb. Məlumatlara görə, bu rəqəm 22-dən 37-yə yüksələrək 68 faiz artım deməkdir.

CDC rəsmisi Con Vertefeuille bildirib ki, qızılca xəstəliyinin yayılması və ölüm hallarının artması təəccüblüdür, lakin son bir neçə ildə peyvənd nisbətlərinin azaldığını nəzərə alsaq, təəssüf ki, gözlənilməz deyil.

"İstənilən regionda qızılcaya yoluxma halları insanların qeyri-adekvat peyvənd olunduğu bütün ölkələr və icmalar üçün risk yaradır. Qızılca xəstəliyinin yayılmasının və ölüm hallarının qarşısının alınması üçün təcili, məqsədyönlü səylər vacibdir", - Vertefeuil əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu