Daha bir ölkədə koronavirusdan ilk ölüm qeydə alındı




Yəməndə koronavirusa yoluxan 2 nəfər ölüb.

“Report” Yemen TV-yə istinadən xəbər verir ki, bu, ölkədə qeydə alınan koronavirusdan ilk ölüm halıdır.

Qeyd edək ki, Yəməndə koronavirusa ilk yoluxma faktı aprelin 10-da qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 221 000-i ötüb. Bunların 1 005 229 nəfəri sağalıb, 228 263 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu