Ermənistanda koronavirusa yoluxanların sayı 1 200-ü ötdü, 19-u öldü
Ermənistanda koronavirusa yoluxanların sayı 1 201-ə çatıb.
“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliyə Nəzarət və Profilaktikası Mərkəzi yayıb.
Son sutkada ölkədə virusa 42 yoluxma halı qeydə alınıb. Ötən sutkada koronavirusdan daha 1 nəfər ölüb. Beləliklə, pandemiya qurbanlarının sayı 19-a yüksəlib. 402 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.
Hazırda ölkədə 780 aktiv koronavirus xəstəsi var.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 184 000-i ötüb. Bunların 553 039 nəfəri sağalıb, 146 897 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.