Ermənistanda koronavirusa yoluxanların sayı 1 500-ə çatır




Ermənistanda daha 72 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 1 473-ə çatıb. Ölkədə indiyədək virusdan 24 nəfər ölüb.

Bildirilib ki, indiyədək 633 nəfər virusdan sağalıb.

Qeyd edək ki, aprelin 20-nə olan məlumata görə, ölkədə bir gündə 62 yoluxma faktı qeydə alınmışdı.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 558 000-i ötüb. Bunların 695 872 nəfəri sağalıb, 177 704 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu