Cənubi Koreya KXDR-in yeni raket buraxılışını qeydə alıb
Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsi KXDR-in daha bir naməlum mərmi buraxdığını açıqlayıb.
AFN.az "Yonhap" agentliyinə istinadən xəbər verir ki, Cənubi Koreya hərbçiləri mərminin hansı tip silah olduğunu müəyyənləşdirməyə çalışır.
Bundan əvvəl Seul KXDR-in sentyabrın 20-də yerli vaxtla saat 15:00 radələrində (Bakı vaxtı ilə 10:00) Vonsan bölgəsindən Yapon dənizi istiqamətində qısa mənzilli ballistik raket buraxdığını bildirmişdi.
Cənubi Koreya hərbçilərinin ilkin hesablamalarına görə, raket təxminən 450 kilometr məsafə qət edib. İlk açıqlamada da söhbət “naməlum mərmi”dən gedirdi.



