Şimali Koreya şimal-şərq istiqamətində çoxlu sayda qısa mənzilli ballistik raketlər buraxıb


Cənubi Koreya ordusu Şimali Koreyanın şimal-şərq istiqamətində çoxlu sayda qısa mənzilli ballistik raket atdığını açıqlayıb.



"Yonhap"ın xəbərinə görə, Cənubi Koreya Baş Qərargahı Şimali Koreyanın raket atması ilə bağlı açıqlama verib.

Açıqlamada Şimali Koreyanın yerli vaxtla saat 07:00 radələrində Kaechon bölgəsindən şimal-şərqə doğru çoxlu sayda qısa mənzilli ballistik raket atdığı bildirilib.

Açıqlamada raketlərin təxminən 400 kilometr məsafə qət etdiyi və Cənubi Koreyanın Şimalın bu hərəkətlərini şiddətlə qınadığı bildirilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu