Şimali Koreya iki aylıq fasilədən sonra qısa mənzilli raket buraxıb


Şimali Koreya iki aylıq fasilədən sonra şərq sahillərindən qısa mənzilli ballistik raketlər buraxıb.



Cənubi Koreya Baş Qərargahı raketlərin yerli vaxtla saat 07.10-da Pxenyandan buraxıldığını və təxminən 350 kilometr qət etdikdən sonra dənizə düşdüyünü açıqlayıb. Nə qədər raketin buraxıldığı hələlik məlum deyil.

Cənubi Koreyanın hərbi rəsmiləri bu addımı sərt şəkildə pisləyib və bunu Koreya yarımadasında sülh və sabitliyi ciddi şəkildə təhdid edən açıq-aşkar təxribat adlandırıblar.

Yaponiya Müdafiə Nazirliyi Şimali Koreyanın atdığı ən azı iki raketin təxminən 350 kilometr məsafə qət etdiyini və 100 kilometr yüksəkliyə çatdığını açıqlayıb.

Yaponiyanın baş naziri Fumio Kişida bu hücumu şiddətlə qınadıqlarını və Şimali Koreyaya rəsmi etiraz notası verdiklərini açıqlayıb.

Cənubi Koreya, Yaponiya və ABŞ-ın nüvə nümayəndələri arasında telefon danışığı olub və bu raket buraxılışlarının Birləşmiş Millətlər Təşkilatının qətnamələrinin açıq şəkildə pozulması olduğunu vurğulayaraq, Şimali Koreyanın təxribatlarına qarşı əməkdaşlıq edəcəklərini bəyan ediblər.

Qeyd edək ki, bu son raket sınağı Şimali Koreya lideri Kim Çen Inın nüvə silahlarının istehsalını dəfələrlə artıracağına və onları istənilən vaxt istifadəyə hazır vəziyyətə gətirəcəyinə söz verməsindən bir neçə gün sonraya təsadüf edir.

Mənbə: NBC News



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu