İsmayıllıda yol qəzasında ölənlərin sayı artıb


İsmayıllı-Qəbələ avtomobil yolunda baş verən qəzada xəsarət alanlardan daha biri dünyasını dəyişib.


APA xəbər verir ki, ağır xəsarət alan BMW markalı avtomobilin sürücüsü xəstəxanada keçinib.

***

Bu gün saat 15:30 radələrində İsmayıllı-Qəbələ avtomobil yolunun İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində "BMW" və “Honda” markalı avtomobillər toqquşub.


DİN - in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, nəticədə sonuncu nəqliyyat vasitəsindəki sərnişin, 2002-ci il təvəllüdlü Nurlan Nağıyev aldığı xəsarətlərdən xəstəxanada ölüb. Hadisə zamanı xəsarət alanlar isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu