Yolu keçən 2 qadını maşın vurdu


İsmayıllıda avtomobil iki piyadanı vurub.



DİN-dən AFN.az-a verilən məlumata görə, noyabrın 7-də saat 22 radələrində İsmayıllı rayonunun Topçu kəndi ərazisində Qurbanəfəndi kənd sakini D.Ələsgərov idarə etdiyi “VAZ-2101” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri Ləman Dadaşovanı və D.Hacıyevanı vurub.

Nəticədə piyada L.Dadaşova hadisə yerində ölüb, D.Hacıyeva isə xəstəxanaya yerləşdirilib.

DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu