Ağdamda ağır yol qəzası olub, ölən və yaralanan var


Ağdam rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.


DİN-in mətbuat xidmətindən AFN.az-a verilən məlumata görə, Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində rayon sakini N.Bayramov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri Məlahət Hətəmxanovanı və Gülşən Hacıyevanı vurub.

Nəticədə M.Hətəmxanova hadisə yerində ölüb, G.Hacıyeva xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu