Bakıda avtomobil yolu keçən qadını vuraraq öldürüb


Bakıda yol-nəqliyyat hadisəsi olub.


Bu barədə AFN-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 14-ü saat 19 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini C.Məmmədov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən paytaxt sakini Nuranə Nağıyevanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xəzər Rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu