“BMW” ilə “Chevrolet” toqquşdu - Ölən var


Bakı şəhərinin Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


AFN.az FHN-ə istinadən xəbər verir ki, “BMW” və “Chevrolet” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Zədələnmiş avtomobildən 1 nəfər sağ, digər 1 nəfərin meyiti çıxararaq aidiyyəti üzrə təhvil verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu