Filipində helikopterin qəzaya uğraması nəticəsində 2 nəfər öldü
Filipinin Rizal bölgəsində helikopterin düşməsi nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
AFN.az xəbər verir ki, Filipin Xəbər Agentliyinin (PNA) məlumatına görə, rəsmilər paytaxt Maniladan Kezon şəhərinə getmək üçün havaya qalxan "Bell 505" tipli özəl helikopterin Rizalda qəzaya uğradığını bildiriblər.
Qəzada 2 nəfərin öldüyünü qeyd edən rəsmilər, birinin vəziyyəti ağır olmaqla 3 nəfərin yaralandığını diqqətə çatdırıblar.
Səlahiyyətli şəxslər helikopterin məcburi eniş zamanı düşmə ehtimalı üzərində dayandıqlarını ifadə edərək, hadisə ilə bağlı genişmiqyaslı araşdırma başladıldığını deyiblər.





