ABŞ-da iki təyyarə havada toqquşdu
ABŞ-ın Kolorado ştatında iki kiçik təyyarənin havada toqquşması nəticəsində 1 nəfər həyatını itirib, 3 nəfər yaralanıb.
NBC News-un məlumatına görə, Morgan bölgəsi Şerif Ofisinin verdiyi açıqlamada bildirilir ki, eyni anda Fort Morgan Hava Limanına enməyə çalışan iki kiçik təyyarə havada toqquşub.
Hər iki təyyarədə iki nəfərin olduğu qeyd olunub. Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Milli Nəqliyyat Təhlükəsizliyi Komissiyası (NTSB) qəza ilə bağlı araşdırma aparır.


