Sabah avrokuboklarda 1/4 və yarımfinalın püşkatma mərasimi keçiriləcək


Sabah UEFA Çempionlar Liqası, Avropa Liqası və Avropa Konfrans Liqasının 1/4 və yarımfinal mərhələsinin püşkatma mərasimi keçiriləcək.



UEFA Çempionlar Liqasının püşkatma mərasimi Bakı vaxtı ilə 15:00-da, Avropa Liqasının püşkatması 16:00-da, Avropa Konfrans Liqasının püşkatma mərasimi isə 17:00-da baş tutacaq.

UEFA Çempionlar Liqasının 1/4 finalında Real Madrid, Barselona, ​​Atletiko Madrid, Mançester Siti, Arsenal, Bayern Münhen, Borussia Dortmund və PSJ mübarizə aparacaq.

UEFA Avropa Liqası və Avropa Konfrans Liqasında 1/4 finala yüksələcək komandalar bu axşam keçiriləcək oyunlarla müəyyənləşəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu