Bayern Münhen - Leypsiq matçında qorxulu anlar - Musiala qəfil yerə yıxıldı



Bayern Münhen ilə Leypsiq arasında keçirilən hazırlıq matçının son bölümündə Almaniya millisinin futbolçusu Jamal Musiala qəfil yerə yıxılıb. Ulduz futbolçu keçirdiyi narahatlıqdan sonra oyunu davam etdirə bilməyib.

AFN.az xəbər verir ki, yeni mövsüm öncəsi keçirilən hazırlıq qarşılaşmasında Bayern Münhen ilə Leypsiq üz-üzə gəlib.

Qarşılaşma Bayern Münhenin 3:1 hesablı üstünlüyü ilə başa çatıb. Lakin matçın son bölümündə qorxulu anlar yaşanıb.

Transfer dövründə adı “Qalatasaray”la da hallanan Bayern Münhenin ulduzu Jamal Musiala qəfil yerə yıxılıb.

Almaniya millisinin futbolçusu 83-cü dəqiqədə hərəkətsiz vəziyyətdə yerdə qalıb. Futbolçular kömək çağırıb və meydana daxil olan tibb işçiləri ulduz futbolçuya dərhal müdaxilə ediblər.

Tibb işçilərinin müdaxiləsindən sonra ayağa qalxan Musiala meydanın kənarına gəlib. Almaniyanın “Bild” qəzetində yer alan xəbərə görə, ulduz futbolçu havanın temperaturunun 33 dərəcəyə çatması səbəbindən başgicəllənmə və qan dövranı problemləri yaşayıb.

Oyunu davam etdirə bilməyən Musiala meydanın kənarına gəlib. Bayern Münhen azarkeşləri isə alman futbolçuya böyük dəstək göstəriblər.

Qarşılaşma Bayern Münhenin 3:1 hesablı üstünlüyü ilə başa çatıb. Qolları 13-cü dəqiqədə Luis Diaz, 58-ci dəqiqədə Nataniel Braun və 81-ci dəqiqədə Jamal Musiala vurub.

Leypsiqin yeganə qolunun müəllifi isə 53-cü dəqiqədə Brajan Gruda olub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu