Ukrayna Slovakiyanı 2-1 hesabı ilə məğlub etdi


"AVRO 2024"ün E qrupunun ikinci həftə matçında Slovakiya və Ukrayna yığmaları qarşılaşıb.



Matçın 17-ci dəqiqəsində İvan Şranz qol vurub və Slovakiya 1-0 önə keçib.

Ukrayna 34-cü dəqiqədə qol vurmağa çox yaxın olub, lakin Oleksandr Tımçikin zərbəsi dirəyə dəyib.

38-ci dəqiqədə qapıçı ilə qarşılaşan Mixaylo Mudrik Martin Dubravkanı keçə bilməyib.

Birinci hissə Slovakiyanın 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

Ukrayna 54-cü dəqiqədə Şaparenkonun qolu ilə hesabı bərabərləşdirib, 1-1.

80-ci dəqiqədə Ukrayna Yaremçuk qolu ilə 2-1 önə keçib. Qarşılaşmada başqa qol olmayıb.

Beləliklə Ukrayna Slovakiyanı 2:1 hesabı ilə məğlub edərək mübarizəni davam etdirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu