"Avro-2020" - Danimarka yarımfinalda


Bu gün Avro-2020-nin 1/4 finalı çərçivəsində növbəti görüş baş tutub.

AFN xəbər verir ki, Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka yığmaları üz-üzə gəliblər. Hesabı Delaneyin 5-ci dəqiqədə vurduğu qolla Danimarka hesabı açıb. Dolberqin qolu ilə hesabda 2:0 irəli keçən Danimarkanı Patrik Şikin 49-cu dəqiqədə vurduğu qol məyus edib. Lakin bu, çexlərin yalnız təsəlli qolu olub. Oyun elə bu hesabla başa çatıb.

Qeyd edək ki, Danimarka yarımfinalda Ukrayna – İngiltərə cütünün qalibi ilə qarşılaşacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu