"Qalatasaray" Sacha Boeyi "Bavariya"ya satdı


"Qalatasaray" Almaniyanın "Bavariya" komandası ilə Sacha Boeyin transferi üçün 30+5 milyon avro qarşılığında razılaşdığını açıqlayıb.



Boeyin "Bavariya" forması ilə şəklini sosial media hesabında yayımlayan alman klubu rəsmi internet saytında fransız futbolçu ilə 2028-ci ilə qədər müqavilə imzalandığını açıqlayıb.

"Qalatasaray"ın KAP-a açıqlaması belədir:

“FK Bayern München AG ilə peşəkar futbolçumuz Sacha Boeyin transferi ilə bağlı razılıq əldə olunub.

Müqaviləyə əsasən transfer gəlirimiz xalis 30 milyon Avro təşkil edir və FC Bayern München AG Şirkətimizə xalis 5.000.000 Avro şərti bonus ödəyəcək.

Bundan əlavə əgər oyunçu başqa kluba keçərsə, FC Bayern München AG bütün reallaşdırılmamış şərti bonusları şirkətimizə ödəyəcək.

Əlavə olaraq klublar arasında iki yoldaşlıq yarışının təşkili barədə razılıq əldə olunub və FC Bayern München AG yarışlar çərçivəsində əldə olunacaq mənfəətin 50%-ni Şirkətimizə ödəyəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu