Domenek Torren rəsmən "Qalatasaray”ın yeni baş məşqçisi oldu


"Qalatasaray”ın yeni baş məşqçisinin adı açıqlanıb.


"Qalatasaray”ın rəsmi saytının verdiyi məlumata görə, bağlanmış müqaviləyə əsasən "aslan"ları bundan sonra oyunlara Domenek Torren hazırlayacaq.

İspaniyalı mütəxəssisin müqaviləsinin müddəti və digər detalları açıqlanmayıb.

Qeyd edək ki, "Barselona”, "Bayern” və "Mançester Siti” kimi klublarda Xosep Quardiolanın köməkçisi kimi çalışmış 59 yaşlı məşqçinin son klubu "Flamenqo” olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu