Sergen Yalçın "Qalatasaray"ın baş məşqçisi ola bilər


Sergen Yalçın növbəti mövsümdən Türkiyənin "Qalatasaray" komandasının baş məşqçisi ola bilər.


Bu iddianı "Milliyet" qəzetinin əməkdaşı Serdar Sarıdağ irəli sürüb.

Jurnalist məsələ ilə bağlı 50 yaşlı mütəxəssislə danışdığını bildirib: "Mən bunu Sergen Yalçından da soruşdum. O, "mənə təklif gəlsə, niyə də yox?" cavabını verdi. "Qalatasaray"la razılaşsa, təəccüblənməyəcəyəm".

Qeyd edək ki, Sergen Yalçın son olaraq "Beşiktaş"ın baş məşqçisi olub. Komanda onun rəhbərliyi altında 2020/2021 mövsümündə Türkiyə Super Liqasını və ölkə kubokunu qazanıb. "Qalatasaray"a hazırda Domenek Torren rəhbərlik edir. "Sarı-qırmızılar"ın bu ay keçiriləcək prezident seçkilərindən sonra ispaniyalı mütəxəssislə vidalaşacağı gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu