“Beşiktaş” Sergen Yalçınla razılığa gəldi


Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Sergen Yalçının komandadakı taleyinə aydınlıq gəlib.


Bu gün klubun prezidenti Ahmet Nur Çebi ilə görüşən 49 yaşlı mütəxəssis komandada qalmağa qərar verib.

Daha öncə isə Sergenin klub prezidenti ilə görüşdüyü və razılığa gələ bilmədiyi barədə xəbərlər yayılmışdı. Hətta buna görə “Beşiktaş” azarkeşləri gənc mütəxəssisin evi qarşısına toplaşaraq onu yeni müqavilə imzalamağa səsləmişdilər.

Artıq tərəflər ortaq məxrəcə gələ biliblər. Belə ki, İstanbul təmsilçisi baş məşqçisi ilə yeni müqavilə şərtlərində anlaşıb. Lakin hələ yeni sözləşmənin müddəti və digər detalları açıqlanmır. Klubun mətbuat xidməti hələlik Ahmet Nur Çebi, vitse-prezident Emre Kocadağ və Sergen Yalçının bu gün baş tutan görüşdən sonrakı fotosunu paylaşaraq bu sözləri qeyd edib: “10-un yeri buradır”.

Qeyd edək ki, “Beşiktaş” 2020/21 mövsümündə Sergen Yalçının rəhbərliyi ilə həm Türkiyə çempionu olub, həm də ölkə kubokunu başı üzərinə qaldırıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu