“Qalatasaray”ın baş məşqçisi o oldu


"Qalatasaray"ın yeni baş məşqçisi müəyyənləşib.


Türkiyə mətbuatı xəbər verir ki, bu barədə klub prezidenti Burak Elmas açıqlama verib.

B.Elmas, ispaniyalı məşqçi Domenek Torrenlə anlaşdıqlarını bildirib.

Qeyd edək ki, Torren 2013-2016-cı illərdə "Bavariya"da, 2016-2018-ci illərdə isə "Mançester Siti"də Xosep Qvardiolanın köməkçisi olub. O, 2018-2019 mövsümündə ABŞ-ın "Nyu-York" siti klubunun baş məşqçisi olub.

Xatırladaq ki, "Qalatasaray" ötən gün Fatih Terimlə yollarını ayırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu