"Qalatasaray" Fatih Terimlə yollarını ayırdı


Türkiyənin "Qalatasaray" klubu baş məşqçisi Fatih Terimlə yollarını ayırıb.


Bu barədə məlumatı "Hurriyet" qəzeti yayıb.

Qərar klub prezidenti Burak Elmasla 69 yaşlı mütəxəssis arasındakı görüşdə qəbul olunub. 15 dəqiqə davam edən toplantıdan sonra Terimlə yolların ayrıldığı bildirilib.

Xatırladaq ki, 2017-ci ildən İstanbul təmsilçisinin sükanı arxasında olan Fatih Terim 1996 - 2000-ci, 2022 - 2004, 2011 - 2013-cü illərdə də komandaya rəhbərlik edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu